vakansiyalar
Direktor assistenti
Vəzifə öhdəlikləri
- Şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
- Daxil olan telefon zənglərinin cavablandırılması və adiyyatı üzrə yönləndirilməsi;
- Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
- Keçirilmiş iclasların/görüşlərin protokollarının hazırlanması, qeydiyyatının aparılması;
- Direktorun qonaqlarının qəbul edilməsi;
- Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
- Direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
- Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
- Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
- Direktorun tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
- Əmək funksiyaları çərçivəsində verilən digər tapşırıqların vaxtında icra edilməsi;
- Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə rəhbərliyə məlumat verilməsi;
- Məlumatların konfedensiallığının qorunması.
Namizədə dair tələblər
- Ali təhsilli xanım;
- Müvafiq vəzifədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dilləri (yüksək səviyyədə);
- Microsoft Office, Outlook və 1C proqramları;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
- Təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı;
- Yüksək kargüzarlıq bilikləri;
- Problem həll etmək bacarığı;
- Stressə dözümlü, məsuliyyətli və diqqətli.
Mövcud vakansiya üzrə müraciət
* işarəsi ilə işarənəmiş xanaların doldurulması mütləqdir