Qrup barədə
Efendiler Group 2007-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur.
Qrup, əsasən avtomobil və tikinti sektorları üzrə fəaliyyət göstərir. Qrupa daxil Porsche, Audi, Zeekr, Geely, Chery, Voyah və Radar kimi tanınmış avtoistehsalçıların distribüter şirkətləri avtomobillərin satışını, onların ehtiyat hissələri və texniki servis təminatını həyata keçirirlər. Euro Style multibrend texniki servis mərkəzi - müxtəlif markalı avtomobillərə texniki xidmət göstərən, qrupa daxil olan daha bir şirkətdir. Tikinti sahəsində Efendiler Group müasir şəhərsalma və yaşam təhlükəsizliyi prinsiplərini əsas tutaraq yaşayış binalarının inşası ilə məşğul olan Bakıxanov Rezidens Komplekslər Qrupu ilə təmsil olunub. Həmçinin Efendiler Group ölkədə elektromobillər üçün enerjidoldurma mərkəzləri şəbəkəsini yaradan ilklərdəndir.

Qrupa daxil olan şirkətlər

Bakıxanov Rezidens Komplekslər Qrupu
Öz işində müasir şəhərsalma prinsiplərini əsas tutan, 2013-cü ildən fəaliyyət göstərən və müvəffəqiyyətlə inkişaf edən tikinti şirkəti. Fəaliyyətinin əsas istiqaməti – yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə, ən son texnologiyalar və materiallar vasitəsilə müasir və keyfiyyətli binalar inşa etməkdir.


Porsche Azerbaijan
Porsche-nin Azərbaycanda rəsmi idxalçısı fəaliyyətinə 2005-ci ildə başlayıb. Şirkət, Porsche avtomobillərinin tam model sırasının satışını və texniki xidmətini həyata keçirir. Bununla yanaşı, Porsche Azerbaijan mərkəzində orijinal ehtiyat hissələri və aksesuarlar təklif olunur. Servis mərkəzi ən müasir avadanlıq və alətlərlə təchiz olunub. Burada həmçinin elektromobillərin diaqnostika və təmiri üçün bütün tələb olunan avadanlıqlar və peşəkar ustalar mövcuddur. Əməkdaşlar və usta heyəti mütəmadi olaraq xaricdə keçirilən təlimlərdə bilik və bacarıqlarını təkmilləşdirirlər. Mərkəzin ərazisində elektromobillər üçün enerjidoldurma avadanlığı quraşdırılıb.


Audi Azerbaijan
Almaniyanın premium avtoistehsalçısı olan Audi AG-nin Azərbaycanda rəsmi idxalçısı fəaliyyətinə 2012-ci ildə başlayıb. İstehsalçının bütün tələblərinə uyğun inşa olunmuş, sahəsi 6850 kvadrat metr təşkil edən mərkəzdə Audi avtomobillərinin satışı və texniki xidməti, həmçinin ehtiyat hissələri və aksesuarların satışı həyata keçirilir. Servis mərkəzi o cümlədən elektromobillərin texniki xidməti üçün nəzərdə tutulmuş, istehsalçı tərəfindən sertifikatlaşdırılmış avadanlıq və alətlərlə təchiz olunub. Usta heyəti mütəmadi olaraq xaricdə keçirilən treninqlərdə öz peşəkar biliklərini artırır. Mərkəzin ərazisində elektromobillər üçün enerjidoldurma stansiyası mövcuddur.


Zeekr Azerbaijan
Geely Automobile-ın premium markası sayılan və yalnız elektromobillərin istehsalı ilə məşğul olan Zeekr şirkəti ilə Efendiler Group arasında distribüterlik müqaviləsi 2023-cü ildə imzalanıb. Əməkdaşlığın şərtlərinə görə, Zeekr Azerbaijan Azərbaycanda Zeekr elektromobillərinin rəsmi satışını, texniki xidmətini və ehtiyat hissələrinin satışını həyata keçirir.


Geely Azerbaijan
Tanınmış Çin istehsalçısı Geely-nin Azərbaycanda rəsmi idxalçısı fəaliyyətinə 2019-cu ildə başlayıb. Şirkət, Geely avtomobillərinin satışını və texniki xidmətini, həmçinin ehtiyat hissələrinin satışını həyata keçirir. 3S konsepsiyasına (satış, servis və ehtiyat hissələri) uyğun inşa edilmiş Geely mərkəzində müştərilərin rahatlığı üçün hər bir şey düşünülüb. Məhsulun yüksək keyfiyyəti sayəsində qısa müddət ərzində brend yerli bazarda yüksək nailiyyətlər əldə edə bilmişdir.


Chery Azerbaijan
Chery-nin Azərbaycanda rəsmi idxalçısı fəaliyyətinə 2022-ci ildə başlayıb. Şirkət, Chery avtomobillərinin satışını və texniki xidmətini, həmçinin ehtiyat hissələrinin satışını həyata keçirir. Hal-hazırda istehsalçının standartlarına uyğun müasir diler mərkəzinin inşası gedir. 8 ilədək zəmanətə malik Chery model sırasında istənilən şəxs öz zövqünə uyğun avtomobil tapa bilər.


Voyah Azerbaijan
Dongfeng Motor Corporation-ın premium bölməsi olan Voyah şirkəti hibrid və tam elektrik avtomobillərin istehsalı ilə məşğuldur. Electric Smart Secure Architecture (ESSA) platforması üzərində qurulmuş bu avtomobillərin dizaynı ItalDesign Giugiaro tərəfindən işlənib. Azərbaycanda Voyah avtomobillərinin rəsmi distribüterlik hüquqları 2024-cü ildən Efendiler Group-a məxsusdur. Onların rəsmi satışını və texniki xidmətini Voyah Azerbaijan həyata keçirir.


Radar Azerbaijan
Yüksək yükgötürmə qabiliyyətini müasir texnologiyalara arxalanan ekoloji təmizlik ilə özündə birləşdirən Radar tam elektrik pikaplarının Azərbaycanda rəsmi satışlarına 2023-cü ildə start verilib. Həm yük, həm də iki sıra oturacaqlar sayəsində 5 nəfərədək daşıya bilən, minimal istismar xərcləri ilə seçilən RD6 müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üçün çox əlverişlidir. 268 a.g. hasil edən elektrik motora malik bu model 63 və ya 86 kVts akkumulyatorlarla təchiz oluna bilər ki, bu da müvafiq olaraq bir şarjda 410 və 550 km yürüş deməkdir.


Efendiler Group Service
Təməli 1997-ci ildə qoyulmuş Efendiler Group Service 2019-cu ildən müxtəlif marka avtomobillərə texniki xidmət göstərən servis mərkəzi kimi fəaliyyətini davam etdirir. Avtomobillərin diaqnostikası və təmiri ən müasir avadanlıqlar və proqram təminatı vasitəsilə təcrübəli və peşəkar usta heyəti tərəfindən həyata keçirilir. Ən çox tələb olunan ehtiyat hissələri şirkətə məxsus anbarda saxlanılır, digər detalların qısa müddət ərzində çatdırılması təmin olunur. Müştərilər üçün komfortlu gözləmə zonası mövcuddur.
Enerjidoldurma məntəqələri
Efendiler Group, Azərbaycanda elektromobillər üçün enerjidoldurma sahəsinə ilk yatırım edənlərdən biridir. Həyata keçirilən “E-Project” layihəsi çərçivəsində bütün ölkə üzrə müasir enerjidoldurma nöqtələrinin yaradılması nəzərdə tutulub.
Quraşdırılmış
Planlaşdırılmış
Tovuz
Şəmkir
Gəncə
Naxçıvan
Şuşa
Ağdam
İmişli
Hacıqabul
Mingəçevir
Balakən
Quba
Lənkaran
Füzuli
Vakansiyalar
Aktiv mövcud pozisiyalar
Sizi ən peşəkar komandalardan birinə qoşulmağa dəvət edirik. Karyeranızı Efendiler Group ilə qurun.
Bizimlə əlaqə
Bizə yazın
Formanı doldurun komandamız sizinlə əlaqə saxlasın