Haqqımızda

Efendiler Group - güclülərin vəhdəti

Efendiler Group 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup Audi, Geely və Porsche kimi avtoistehsalçıların distribütor şirkətləri və Euro Style texniki servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu, restoran sektorunda isə Cafe Cayenne ilə təmsil olunub.

 
25
ilin
uğur
hekayəsi
 

Tədbirlər

Geely Atlas Pro modelinin təqdimatı

19 iyul 2021-ci il tarixində yeni təmirdən çıxmış Geely salonunda Atlas Pro modeli tanınmış bloqer və influyensərə təqdim olunmuşdur. Qonaqlara yeni modeli sürüb sınamaq imkanı yaradılmışdır.



  • Məkan: Geely salonu
  • Tarix: 18.07.2021

Cayenne Coupe-nin təqdimatı

8 oktyabr 2019-cu il tarixində Fairmont otelində yeni Cayenne Coupe modelinin təqdimat mərasimi keçirilmişdir. Tədbirə dəvət olunmuş qonaqlar yeni model ilə yaxından tanış olmaqla yanaşı möhətəşəm şounu seyr etmək imkanı əldə etmişdirlər.



  • Məkan: Fairmont Ote
  • Tarix: 07.10.2019

Porsche Macan test-drayv tədbiri

3-4 avqust 2019-cu il tarixlərində Sea Breeze Resort-da yeni Porsche Macan modelinin test-drayvı təşkil edilmişdir. Ziyarətçilər yeni modeli müxtəlif şəraitlərdə sınaqdan keçirmə imkanı qazanmışdırlar.



  • Məkan: Sea Breeze Resort
  • Tarix: 02.08.2019

Porsche Günü

Dünyanın bir sıra ölkələrində olduğu kimi, ənənəvi Porsche Günü Azərbaycanda da təşkil olunmuşdur. Bu tədbirdə Porsche sahibləri avtomobillərini müxtəlif şəraitlərdə sınaqdan keçirə, öz bacarıqlarını nümayiş etdirə bildilər.



  • Məkan: Test & Training Center
  • Tarix: 29.06.2019

Caspian Motorshow

Açıq səma altında keçirilən ənənəvi yay avtoşousunda Audi Bakı Mərkəzi A5, A6 və Q8 modellərini təqdim etdi.



  • Məkan: Paulaner Brauhaus
  • Tarix: 05.06.2019

Yeni Macan-ın təqdimatı

23 fevral 2019-cu il tarixində Buta Palace-da Azeri Business Award tədbiri çərçivəsində yeni Macan modelinin təqdibatı baş tutdu. Yeni model səhnədə təqdim olunmaqla yanaşı eyni zamanda qonaqların tanış olması üçün foyedə də nümayiş olunmuşdu.



  • Məkan: Buta Palace
  • Tarix: 22.02.2019

Audi Q8 modelinin təqdimatı

Audi Q8 modelinin təqdimatı çərçivəsində KİV nümayəndələri üçün mətbuat konfransı təşkil olunmuşdur. Jurnalistlər yeni model ilə tanış ola və şirkət nümayəndələrinə onları maraqlandıran suallarla müraciət edə bildilər.



  • Məkan: Audi Bakı Mərkəzi
  • Tarix: 12.10.2018

RecExpo 2017

Bakıxanov Rezidens Komplekslər Qrupu "RecExpo" Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisində iştirak etdi. Sərgi Bakı Ekspo Mərkəzində keçirilmişdir.



  • Məkan: Bakı Ekspo Mərkəzi
  • Tarix: 27.11.2017

Yeni Porsche mərkəzi

10 sentyabr 2017-ci il tarixində Bakının mərkəzində, Neftçilər prospekti, 111 ünvanında rəsmi idxalçı “Əfəndilər” MMC-yə məxsus yeni Porsche salonunun açılışı baş tutdu. Bu salonda müştərilər avtomobillərlə tanış olub, arzu etdikləri modeli sifariş edə bilərlər. Bununla yanaşı, burada Porsche Driver’s Selection geyim və aksessuarlar kolleksiyası da nümayiş olunur.



  • Məkan: Bakı, Neftçilər pr., 111
  • Tarix: 09.09.2017

Bakı-Quba avtomobil yürüşü

Kolonnaya düzülmüş Porsche avtomobilləri şimal istiqamətində yola çıxdılar. Avtomobil yürüşünün dayanacaq məntəqəsi kimi Quba şəhəri təyin olunmuşdur.



  • Məkan: Bakı-Quba
  • Tarix: 14.09.2015

Porsche Cayenne-in təqdimatı

Porsche-nin ən populyar modelinin yeni nəsli möhtəşəm işıq şousu ilə təqdim olundu. Sonda dəvət olunmuş qonaqları yeni modelin formasında hazırlanmış tort gözləyirdi.



  • Məkan: Porsche Bakı Mərkəzi
  • Tarix: 08.10.2014

Bakı-Şamaxı avtomobil yürüşü

Porsche Bakı Mərkəzindən səhər start götürən Porsche avtomobilləri Şamaxıya üz tutdular. Günün ikinci yarısında yürüş iştirakçıları arasında tüfəngdən atəş açma üzrə yarış təşkil olunmuşdur.



  • Məkan: Bakı-Şamaxı
  • Tarix: 29.08.2014

Porsche Macan-ın təqdimatı

Porsche Macan modelinin yerli premyerası 14 aprel 2014-cu il tarixində JW Marriott Absheron Baku otelində baş tutmuşdur. Dəvət olunmuş qonaqlar və KİV nümayəndələri yeni model barədə müsbət rəylərini bildirmişdirlər.



  • Məkan: JW Marriott Absheron Baku
  • Tarix: 14.04.2014

Bakı-Qəbələ avtomobil yürüşü

Porsche sahibləri üçün ənənəvi avtomobil yürüşünün marşrutu 2013-cü ildə Qəbələ şəhərinə salınmışdır. Həmişə olduğu kimi, bu tədbirin iştirakçılarını ünsiyyət, aktiv istirahət və rayonun görməli yerləri ilə tanışlıq gözləyirdi.



  • Məkan: Bakı-Qəbələ
  • Tarix: 11.09.2013

Porsche Panamera-nın təqdimatı

Porsche Panamera Jumeirah Bilgah Beach otelinin ərazisində açıq səma altında təqdim olunmuşdur. Təqdimat mərasiminə möhtəşəm şou və müğənnilərin çıxışı rəng qatdı.



  • Məkan: Jumeirah Bilgah Beach
  • Tarix: 15.08.2013

Porsche 911 modelinin təqdimatı

Porsche-nin flaqmanı olan 911 modelinin təqdimat mərasimi Porsche Bakı Mərkəzində təşkil olunmuşdur. Avtomobil dəvət olunmuş qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdı.



  • Məkan: Porsche Bakı Mərkəzi
  • Tarix: 13.02.2012

Vakansiyalar

Bakı, Azərbaycan

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,
S. Mehmandarov küç., 12.

Email: info@efendiler.az

Telefon:

+99450 292 11 11

Bizi izləyin
Təşəkkürlər! Müraciətiniz göndərildi...
Səhv yarandı. Yenidən cəhd edin